AZE | RUS | ENG |

Azərbaycanın maliyyə naziri ABŞ-da səfərdədir

Azərbaycanın maliyyə naziri ABŞ-da səfərdədir
Bu gündən başlayaraq oktyabrın 15-nə qədər ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun İllik Toplantısı keçiriləcək.

"Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, toplantıda Azərbaycanı nazir Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Səfər zamanı bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

IMF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı çərçivəsində dünya iqtisadiyyatının cari vəziyyəti, yoxsulluğun aradan qaldırılması, iqtisadi inkişaf və yardımın effektivliyi daxil olmaqla, qlobal narahatlıq doğuran bir çox məsələlər müzakirə olunacaq.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6897
GBP 1 İngilis funt sterlinqi 2.3855
TRY 1 Türk lirəsi 0.4536
KWD 1 Küveyt dinarı 5.6784
SEK 1 İsveç kronu 0.2134
EUR 1 Avro 2.1108
CHF 1 İsveçrə frankı 1.8320
USD 1 ABŞ dolları 1.7001