AZE | RUS | ENG |

“Waterstones” genişlənir

“Waterstones” genişlənir

İngiltərənin beynəlxalq kitab brendi "Waterstones” şirkəti 2018-ci ildə 15 yeni mağaza filialını istifadəyə verməyi planlaşdırır. Bu barədə məlumatı mətbuata şirkətin idarəedici direktoru Ceyms Daunt təsdiqləyib. "Guardian”-da yer alan xəbərə görə, Milad gecəsinə kimi artıq tam hazır vəziyyətdə olan beş mağaza istifadəçilərin ixtiyarına veriləcək. 2018-ci ildə isə şirkətin 15 mağazasının açılması planlaşdırılır. 2015-ci ildə yaranmış şirkətin iki ildə Londonun St Neots, Dil, Ueybric, Epsom və Blekhelts kimi məşhur yerlərində ümumilikdə 20 mağazası istifadəyə verilib. Şirkətin hazırkı ümumi dəyəri 250 milyon funt sterlinqdir. 2016-cı ilin aprel ayında şirkətin dövlətə ödədiyi gəlir vergisinin miqdarı 9.8 milyon funt sterlinq olub. Daunt mətbuata açıqlamasında deyib: "Son illərdə mağazaların artdığı açıq-aydın görünür. İnsanlar da şəbəkə sisteminə daha çox güvənir. Müştəri rəyi, şikayəti, məmnuniyyəti bu halda daha çox nəzərə alınır. Bu, bir növ biznesi risk faktorundan sığortalamaqdır. Addım atmaq üçün doğru zamanı gözləmək lazımdır. Xoşbəxtlikdən bizim üçün doğru zamanı dəqiqliyi ilə göstərə bilən peşəkar komandamız var. Kiməsə bir ildə 15 mağaza açmaq riskli görünə bilər. Amma mən biznesimizin gələcəyi ilə bağlı ümidliyəm. Bu işlə ağılla məşğul olur və yaxşı gəlir götürürük. Şirkət gəlirlərinin bir ildə 40 milyon funt sterlinq artması insanların böyük əksəriyyətinin hələ də real ticarətə üstünlük verdiyinin göstəricisidir”.

Direktor ilin sonlarına doğru ən yaxşı və ən çox satılan kitablarla bağlı sorğu keçirən "Guardian”-ın "ən çox satılan kitab hansı olub?” sualını da cavablandırıb: "Faber” nəşriyyatına və Barnabi Roqersona xüsusi təşəkkürlərimi çatdırıram. İlin ən çox satılan kitabı "İnəklərin gizli həyatı” ("The secret life of cows”) olub. Əgər Barnabi ədəbi səhnədə çoxdandır at oynadan müəllif olsaydı, əminəm ki, bu əsərə görə Nobel alardı”.

 



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6928
GBP 1 İngilis funt sterlinqi 2.2278
TRY 1 Türk lirəsi 0.3539
KWD 1 Küveyt dinarı 5.6155
SEK 1 İsveç kronu 0.1920
EUR 1 Avro 1.9794
CHF 1 İsveçrə frankı 1.6974
USD 1 ABŞ dolları 1.7000